• 24 Aprel 2024
logo
“Təhsil sahəsində ciddi islahatlara ehtiyac var”

“Təhsil sahəsində ciddi islahatlara ehtiyac var”

Qüdrət Həsənquliyev: “Milli Məclis bu məsələdə öz sözünü deməlidir”

“Burada çoxlu qanunlar var. Qanunvericiliyin sistemləşdirilməsi baxımından bu qanunların hamısının bir məcəllədə birləşdirilməsinə ehtiyac duyulur. Təhsil haqqında, məktəbəqədər təhsil, ümumi təhsil, ali təhsil haqqında qanunlar və s. var. Vaxtilə Seçki Məcəlləsi yaratdıq, çoxlu seçki qanunlarını bir məcəllədə birləşdirdik, onun tətbiqini sadələşdirdik, öyrənilməsini asanlaşırdıq. O baxımdan da vahid Elm-Təhsil Məcəlləsinin yaradılmasına çox böytük ehtiyac var”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Parlamentin plenar iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, təhsil sahəsində ciddi islahatrlara ehtiyac var: “Hesab edirəm ki, Milli Məclis bu məsələdə nəhayət öz sözünü deməlidir. Ən böyük poblem ondan ibarətdir ki Azərbaycanda ali məktəblərə daxil olan uşaqlar repetitor yanına gedirlər. Dəfələrlə mən bu məsələni Milli Məclisdə qaldırmışam və Sosial Tədqiqatlar Mərkəzinin direktoru, hörmətli Zahid Oruc da bir sorğu keçirmişdi. Bir dəfə həmkarlarımdan kimsə dedi ki, repetitorluq bütün dünyada var. Bütün dünyada var, amma orada valideyn bir fəndən çatışmazlıq olarsa uşağı repetitor yanına göndərir. Yuxarı sinif şagirdləri ilə bağlı bu sahədəki vəziyyəti araşdırsaq və biz özümüzü görməzliyə qoymamalıyıq. Hamısı pul qarşılığında məktəblərə getmirlər, avtomobil, yaxud avtobuslarla repetitor yanına gedirlər. Bir dəfə həmkarlarımızla birlikdə hörmətli Ceyhun Bayramov təhsil naziri olanda onun dəvəti ilə olimpiada medallarının təqdimat mərasimində iştirak etdik. O uşaqların vəziyyətini gördük. Hamısının beli bükülüb, həddindən artıq arıq, çoxu distrafiya xəstələrinə oxşayırdı. Yəni mən hesab edirəm ki, orta məktəbin buraxılış imtahanları üzrə vahid ali məktəblərə qəbulu həyata keçirsək, bu problemlərin hamısı aradan qalxar və o uşaqlar da orta məktəbklərdə bütün fənlər üzrə imtahan verərlər. Valideynlər uşaqların boğazından kəsib repetitora vəsait verirlər. Axı bunu aradan qaldırmağın çox sadə yolları var. Ali məktəblərə qəbul imtahanlarının suallarını Dövlət İmtahan Mərkəzi hazırlayır. Dərslikləri Təhsil Nazirliyi hazırladığı kimi həmin sualları da Təhsil Nazirliyi hazırlamalıdır. O suallar bəzən olimpiada suallarına oxşayır. Xüsusi istedad tələb olunur ki, düzgün cavab verə bilsinlər. Ona görə də, nəhayət ki, biz müvafiq icra hakimiyyəti orqanı ilə danışmalıyıq. Bu istiqamətdə islahatların aparılmasına həqiqətən çox böyük ehtiyac var.
Bir məsələyə də diqqət yetirmək isrtəyirəm. Bu, xarici tələbələrin Azərbaycanda bizim tələbələrdən daha çox təhsil haqqı ödəməsi məsələsidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Məsələn, İngiltərədə azərbaycanlı da, ingilis də əgər hansısa universitetdə oxuyursa eyni məbləğdə təhsil haqqı ödəyir. Biz xaricdə tutaq ki, nəsə alırıq, ona pul ödəyirik, ölkədən çıxanda onun bir hissəsini əlavə dəyər vergisi kimi bizim özümüzə qaytarırlar. Xüsusilə Cənubi Azərbaycandan ölkəmizə tələbələr gəlirlər. Onlardan mənə də müraciət edənlər olur. Təhsil haqqının yüksək olmasından şikayətlənirlər. Azərbaycanlı nə qədər təhsil haqqı ödəyirsə, qoy xaricilər də eyni məbləğdə təhsil haqqı versinlər. Bu da əqli mülkiyyətdir. Əgər biz bunlara bilik veririksə, öz tələbəmizə hansı qiyməti veirirksə, onlara da o qiyməti verməliyik. Hesab edirəm ki, onlar gələcəkdə bizim böyük təbliğatçılarımıza çevriləcəklər, bizim lobbiçilərimiz olacaqlar. Ona görə də, onlara münasibətdə də indiki yanaşmanı dəyişmək lazımdır və bu, müvafiq təhsil qanunvericiliyində öz əksini tapmalıdır”.

Əli