• 8 May 2024
logo
Azərbaycan Prezidenti: “Bizim əsgərlər xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir”

Azərbaycan Prezidenti: “Bizim əsgərlər xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir”

“Azərbaycan öz doğma torpağında vuruşur, siz haqq yolunda yaralanmısınız”. Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib. Dövlət başçısı deyib ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir: “Bizim əsgərlər xilaskar əsgərlər, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin, Azərbaycanın torpağında ölür”.