• 19 Aprel 2024
logo
Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buharini təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram". Hörmətlə,