• 25 Oktyabr 2020
logo
Gürcüstan həmsədrlərə çağırış edib

Gürcüstan həmsədrlərə çağırış edib

“Azərbaycan və Ermənistan arasındakı növbəti hərbi qarşıdurma nəticəsində böyük itkilər yaranıb və təəssüf ki, gərginliyin azaldılması, sülh danışıqlarının davam etdirilməsi hələ ki, mümkün olmayıb. Biz başa düşürük ki, münaqişənin miqyasının daha da genişləndirilməsi bütün regionun təhlükəsiziyinə böyük təhülkə yaradacaq”.

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın bəyanatında belə deyilir.

Bəyanatda ATƏT Minsk qrupu həmsədrlərinə və beynəlxalq aktorlara gərginliyin azaldılması və sülh danşıqlarının davam etdirilməsi üçün çağırış edilib: “Bildiyiniz kimi, bizim Azərbaycan və Ermənistanla yaxşı qonşuluq münasibətlərimiz var. Tarixən ölkəmizdə yaşayan azərbaycanlı və erməni vətəndaşlarımız ölkəmizin inkişafı və gücləndirilməsində böyük rol oynayıblar. Gürcüstanda azərbaycanlıların, ermənilərin və gürcülərin sülh şəraitində yaşaması bütün Cənubi Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi baxımından yaxşı nümunədir. Bizim ümumi marağımız regionda mümkün qədər tez bir zamanda sülh və təhlükəsizliyin bərqərar edilməsidir”.

Bəyanatda bildirilir ki, Gürcüstan Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin dioloqu üçün görüşə ev sahibliyi etmək də daxil olmaqla gərginliyin aradan qaldırılması üçün hər bir yolla dəstək göstərməyə hazırdır.