• 28 Mart 2024
logo
Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Fransa Prezidenti bu gün axşam rusiyalı həmkarı ilə danışacağını bildirib.

E. Makron qeyd edib ki, məsələ ilə bağlı sabah ABŞ lideri ilə fikir mübadiləsi aparacaq və böhrandan çıxış yolları ilə əlaqədar təkliflər müzakirə olunacaq.

Xatırladaq ki, Fransa, Rusiya və ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.