• 31 Oktyabr 2020
logo
Azərbaycan MDB-də əqli mülkiyyətlə bağlı sazişi Ermənistana dair qeyd-şərtlə təsdiqləyəcək

Azərbaycan MDB-də əqli mülkiyyətlə bağlı sazişi Ermənistana dair qeyd-şərtlə təsdiqləyəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

MDB Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Milli Məclisə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişdə Azərbaycan Respublikasının qeyd-şərti əksini tapıb.

Sənəddə qeyd edilir ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmayanadək və işğalın nəticələri tam aradan qaldırılmayanadək, Sazişdə göstərilmiş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına, habelə işğal olunmuş ərazilərdə həyata keçirilən fəaliyyətə münasibətdə tətbiq edilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.