• 26 Aprel 2024
logo
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

"Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, erməni KİV-də Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır: "Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib".