• 1 Noyabr 2020
logo
Beynəlxalq Türk Akademiyası bəyanat yayıb

Beynəlxalq Türk Akademiyası bəyanat yayıb

Beynəlxalq Türk Akademiyası Prezidentinin Bəyanat yayıb.

Bəyanatda Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi toqquşmaların baş verməsindən dərin narahatlığını bildirir.

Türk Akademiyası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını təsdiqləyir, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən müvafiq qətnamələri əsasında həll olunmasına çağırır.

Akademiya prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, ATƏT-in Minsk Qrupunun dəstəyi ilə aparılan danışıqlar prosesinə potensial təhlükə ola biləcək hər hansı təxribat xarakterli bəyanat və hərəkətin qəbuledilməzliyini vurğulayır.

Akademiya prezidenti dinc insanların həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayır.