• 25 Oktyabr 2020
logo
Gürcü tarixçi: “Ermənistanın təxribatçı davranışları Azərbaycan xalqının səbrini daşırıb”

Gürcü tarixçi: “Ermənistanın təxribatçı davranışları Azərbaycan xalqının səbrini daşırıb”

“Azərbaycan 30 ildir ki, dünya birliyindən ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsini tələb edib. Lakin dünya birliyi bu çağırışlara “kar” olub”.

Bu barədə “Facebook”da gürcü tarixçi Quram Marxuliya bildirib.

O bildirib ki, artıq Ermənistanın uzun illərdir davam edən təxribatçı davranışları Azərbaycan xalqının səbrini daşırıb və o, özü bu mübarizədə Azərbaycanın yanındadır.

“Beynəlxalq hüquq, BMT-nin nizamnaməsi münaqişələrin sülh yolu ilə, güc tətbiq etmədən həlli prinsiplərini elan edir. Azərbaycan 30 il ildir ki, dünya birliyindən Ermənistanın ələ keçirdiyi ərazilərin sülh yolu ilə qaytarmasını, bir milyondan çox insanın öz evlərinə qayıtmasını təmin etməsini istəyib. Amma nədənsə dünya birliyi “kar” idi. Üstəlik, qeyd etmək lazımdır ki, erməni tərəfi davamlı olaraq atəşkəs razılaşmasını pozan tərəf olub, təkəbbürlü, təxribatçı və laqeyd davranışlar nümayiş edib. Bu davranışlar Azərbaycan xalqının səbrinin sona çatdırıb. Azadlıq mübarizəsində mən Azərbaycan xalqını dəstəkləyirəm”, - deyə Q. Marxuliya qeyd edib.