• 23 Oktyabr 2020
logo
Vaqif Dərgahlı: "Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"

Vaqif Dərgahlı: "Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb: “Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.