• 20 Oktyabr 2020
logo
Salome Samadaşvili: “Dağlıq Qarabağ məsələsində mövqeyimiz ərazi bütövlüyü prinsipinə əsaslanır”

Salome Samadaşvili: “Dağlıq Qarabağ məsələsində mövqeyimiz ərazi bütövlüyü prinsipinə əsaslanır”

“Dağlıq Qarabağ məsələsində mövqeyimiz ərazi bütövlüyü prinsipinə əsaslanır. Bu hər zaman belə olub və belə də qalacaq”.

Bunu Gürcüstanın müxalif “Vahid Milli Hərəkət” partiyasının liderlərindən olan deputat Salome Samadaşvili Gürcüstanın “İctimai” televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, sabiq prezident Mixeil Saakaşvilinin ötən gün verdiyi bəyanatında yeni heç nə yoxdur və Gürcüstan üçün ərazi bütövlüyü prinsipi toxunulmazdır: “Hər iki qonşu ölkəyə sülh arzulayıram. Beynəlxalq diplomatiya çox aktivdir və bu qarşıdurma yaxın günlərdə sona çatacaq. Bölgədə sülh və sabitliyin olması bizim maraqlarımıza uyğundur. Buna görə çox gərgin vəziyyəti sülh yolu ilə başa çatdıracaqlarına ümid edirəm. Hər iki tərəfi də danışıqlar masasına qayıtmağa çağırmalıyıq. Mixeil Saakaşvilinin ötən gün verdiyi bəyanatına gəlincə, Dağlıq Qarabağ məsələsinə münasibətimiz işğal olunmuş ərazilərimizə münasibətdə olduğu kimi, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əsaslanır. Bu belə olub və də belə qalacaq. Ona görə də Mixeil Saakaşvilinin açıqlamasında yeni heç nə görmürəm. Gürcüstanın mövqeyi hər zaman belə olub”.