• 29 Mart 2024
logo
Ermənilərin hərbi obyektləri darmadağın edilib

Ermənilərin hərbi obyektləri darmadağın edilib

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir.

Bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən Azərbaycanın Daşkəsən rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutub: Ordumuzun döyüş əzmi yüksəkdir. Silahlı Qüvvələrimizin əks-hücum həmləsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvə və texnikaları məhv edilib. Düşmən Daşkəsən rayonu ərazisində yasşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla bağlı adekvat tədbirlər görüləcək".

A.Eyvazov bildirib ki, Ordumuzun əks hücum əməliyyatı davam edir: "Azərbaycan Ordusunun apardığı əks hücum nəticəsində düşmənin atəş nöqtələri və digər hərbi obyektləri dağıdılıb. Erməni bölmələrinin bütün təxribatlarının qarşısı alınır. Ağdərə istiqamətində düşmən bölmələrinə ağır zərbələr endirilib. Düşmən geri çəkilib. Düşmənin Ağdərə istiqamətində yerdəyişmə etməsi zamanı 1 tank bir hərbi avtomobil, Füzuli rayonunda dəqiq atəşlə 4 tankı məhv edilib. Ermənilərin 3-cü "Martuni" motoartıcı alayı darmadağın edilib, ermənilər meyitləri daşımaq üçün nəqliyyat vasitəsi üçün əhaliyə müraciət edib".