• 19 Aprel 2024
logo
Ekmeleddin İhsanoğlu: Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir

Ekmeleddin İhsanoğlu: Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir

Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması deməkdir.

Bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu deyib.

O, beynəlxalq ictimaiyyəti haqlı tərəfi dəstəkləməyə, bu təcavüzün qurbanları ilə bağlı həmrəylik nümayiş etdirməyə çağırıb:

“Mən yaralıların tezliklə sağalmasını arzu edirəm”.