• 28 Oktyabr 2020
logo
Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.

Bunu Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.

Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.