• 27 Oktyabr 2020
logo
Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov

Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov

Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır. Rəşadətli ordumuz 7 kəndi, Murov zirvəsini və digər strateji əhəmiyyətə malik yerləri düşmən tapdağından azad edərək əks hücum əməliyyatlarını uğurla davam etdirməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşmasından sui-istifadə edərək özbaşınalıqlarına mütəmadi davam etdirdi, təcavüz və növbəti təxribatını reallaşdırmaq fikrinə düşdü:

"Ermənilərin təxribatları danışıqlar prosesinin sonu deməkdir və Azərbaycan ordusunu hərəkətə keçməsini vadar etdi. Baş vermiş gərginliyə görə Ermənistanın siyasi – hərbi rəhbərliyi məsuliyyət daşıyır və cənab Prezident dəfələrlə beynəlxalq tribunalardan erməni özbaşınalıqlarına son qoydurmağına çağırışlar etmişdir. Amma təəssüf ki, bu gün hərbi əməliyyatlarlın dayandırılmasından, sülhdən, danışıqlar yolu ilə münaqişənin həll olunmasından danışan beynəlxalq təşkilatların və ölkələrin 30 il ərzində münaqişənin həll olunması üçün heç bir hərəkəti olmamışdır.

Bu gün Azərbaycanın qəhrəman ordusu əks hücuma keçərək öz gücü ilə işğala son qoydurmağa başlayanda hərəsi bir yandan hərbi əməliyyatların dayandırılmasını və danışıqlar prosesinin bərpasını təklif edir. Biz 30 il belə təklifləri eşitdik, amma nəticəsini görmədik. Ona görə də Azərbaycan öz haqqını öz ordumuzun gücü ilə bərpa etməyə başladı. Erməni rəhbərliyi hələ də anlamamışdır ki, Azərbaycan ordusu heç də 90-cı illərin əvvəlindəki ordu deyil. Bu gün Azərbaycanın Ordusu dünyanın ən güclü 50 odusu arasında yer alır.

Xüsusilə, bu günün erməni təxribatına ordumuzun qətiyyətli cavabı ordumuzun güclü olduğunun əməldə sübutudur. Ermənistanın hərbi birləşmələri şanlı ordumuzun qabağında duruş gətirə bilməyərək hərbi texnikalarını döyüş meydanında qoyaraq qaçır. Bugünkü hərbi əməliyyatların gedişi deməyə imkan verir ki, tarixi qələbəmizin bir addımındayıq. Ən əsası ordumuzda və vətəndaşlarımızda böyük ruh yüksəkliyi var. Hər bir azərbaycanlı Ali Baş Komandanın tapşırığını gözləyir və ordumuzun hər bir qələbəsini böyük sevinclə qarşılayır. Azərbaycan müharibəni öz torpağında işğalçılara qarşı aparır. Beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Biz haqq yolundayıq, işğal olunmuş torpaqlarımızda ədalətin bərpası uğrunda vuruşuruq, Qarabağ Azərbaycandır və qələbə bizimlədir!".