• 24 Aprel 2024
logo
Türkiyə Prezidenti Britaniyanın Baş naziri ilə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıblar

Türkiyə Prezidenti Britaniyanın Baş naziri ilə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, iki lider Liviyadakı vəziyyəti müzakirə ediblər.

Baş nazir Boris Conson münaqişənin sona çatması üçün siyasi yolla həll edilməsinin vacibliyini vurğulayıb.

Conson və Ərdoğan, həmçinin, Azərbaycan və Ermənistan arasında - Dağlıq Qarabağda baş verən münaqişə haqqında da danışıblar. Britaniya regionda təcili olaraq gərginliyin azaldılmasına çağırış edib.

Telefon danışığı zamanı Baş nazir Boris Conson etni zamanda Şərqi Aralıq dənizindəki son gərginlikdən narahatlığını dilə gətirib. B.Conson Türkiyə ilə Yunanıstanın danışıqlara getməsi barədə xəbəri məmnuniyyətlə qarşılayıb.

İki lider, həmçinin, Böyük Britaniya ilə Türkiyə arasında müdafiə və iqtisadi tərəfdaşlığı gücləndirmək və koronavirusla mübarizədə əməkdaşlıq etmək üçün birlikdə çalışmanın vacibliyi barədə razılığa gəliblər.