• 28 Mart 2024
logo
Ərdoğan Azərbaycanı dəstəkləyən bəyanata görə Türkiyəli millət vəkillərinə təşəkkür edib

Ərdoğan Azərbaycanı dəstəkləyən bəyanata görə Türkiyəli millət vəkillərinə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Böyük Millət Məclisində Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat qəbul olunması ilə əlaqədar təşəkkürü yayımlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti TBMM üzvlərinin Azərbaycanın yanında olduğunu bildirən bu bəyanatla əlaqədar Türkiyə xalqı və öz adından təşəkkür edib, qətiyyətli davranışına görə millət vəkillərini təbrik edib. Qeyd edək ki, bəyanata Xalqların Demokrat Partiyası (HDP) xaric, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya imza atıb.