• 26 Oktyabr 2020
logo
Simon Kopadze: “Ermənistan adlı suveren dövlət mövcud deyil”

Simon Kopadze: “Ermənistan adlı suveren dövlət mövcud deyil”

Əminliklə deyə bilərəm ki, reallıqda Ermənistan adlı suveren dövlət mövcud deyil, sadəcə başqa bir dövlətin idarəçiliyində olan dövlətdir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Simon Kopadze deyib. O bildirib ki, həm PKK və digər terror qruplaşmalarının Qafqaza daxil olaraq Azərbaycana qarşı təxribatlarda iştirakı, həm də Azərbaycan-Ermənistan sərhədində baş verənlər Ermənistanın öz iradəsi ilə həyata keçirə biləcəyi qərarlar deyil.“PKK terror təşkilatının yaradılmasında Sovet İttifaqı önəmli rol oynayıb. Bu terror təşkilatı indi də həmin dairələr tərəfindən Türkiyəyə və digər ölkələrə qarşı aktiv şəkildə istifadə edilir. Düşünürəm ki, onun üzvlərinin indi Qafqaza daxil olması da məhz həmin dairələrin təşəbbüsüdür və ermənilər bu prosesdə sadəcə tapşırıq icra edirlər. Xaricdə yaşayan ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi məsələsində də Ermənistanın təkbaşına hərəkət etdiyini düşünmürəm. Bəzi regional güclər enerji bazarlarında qazandığı önəmli mövqeyə görə Azərbaycana qarşı təxribat hazırlayıb. Regiona PKK və ASALA kimi terror qruplaşmalarının üzvlərinin gətirildiyinə əminəm. Belə görünür, onlar təxribata uzun zaman öncədən hazırlaşıblar”.

Simon Kopadze bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərinə Livan və Suriyadan olan ermənilərin köçürülməsinə çalışmaqla Ermənistan və separatçı qüvvələr Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək niyyətində olduqlarını sübut edib.
“Azərbaycanın indiki mübarizəsi tamamilə haqlı mübarizədir”, - deyə politoloq qeyd edib.