• 26 Aprel 2024
logo
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Ermənistanın hücumlarını pisləyib

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Ermənistanın hücumlarını pisləyib

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin Prezident İlham Əliyevə məktub göndərib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Baş prokuror məktubunda bir millət iki dövlət olan can Azərbaycana qarşı təcavüzkar Ermənistanın hücumlarını lənətlədiyini bildirib.

Bekir Şahin eyni zamanda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə də məktub göndərib.

Məktubda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasından dərin narahatlığını dilə gətirib.

O, Türkiyə ilə bir millət, iki dövlət olan Azərbaycana qarşı işğalçı Ermənistanın terror hücumunu sərt şəkildə qınadığını bildirib: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”.