• 28 Oktyabr 2020
logo
Səfərbərlik Xidməti: Son günlər böyük sayda vətəndaş könüllü olaraq müraciət edirlər

Səfərbərlik Xidməti: Son günlər böyük sayda vətəndaş könüllü olaraq müraciət edirlər

Son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər.

Bunu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

"Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək".