• 25 Oktyabr 2020
logo
Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdi

Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdi

Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir. Bu barədə Trend-ə döyüş bölgəsində - Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var. V.Bayramov vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzuli sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər: “Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir”.