• 28 Oktyabr 2020
logo
Ermənistan tərəfinin itkiləri açıqlanıb

Ermənistan tərəfinin itkiləri açıqlanıb

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur: “Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir”.