• 21 Oktyabr 2020
logo
Hikmət Hacıyev: “Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır"

Hikmət Hacıyev: “Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır"

“Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi regional sülh üçün təhlükədir. Diplomatik korpus bu barədə məlumatlandırılıb”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Müdafiə Nazirliyi ölkəmizdəki xarici hərbi attaşeləri Ermənistanın təxribatı barədə məlumatlandırıb: “Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır. Bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz. Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq fəaliyyət göstərir”.