• 21 Oktyabr 2020
logo
Ermənilərin atdığı mərmi Ağdamda yaşayış evlərinə düşüb

Ermənilərin atdığı mərmi Ağdamda yaşayış evlərinə düşüb

Ermənistan silahlı qüvvələri cəbhə xəttində yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, düşmən tərəfindən atılan mərmilər Ağdamın Çəmənli kənd sakinləri Rüxsarə Şahbazova və Adil Şükürova məxsus yaşayış evlərinə düşüb. Nəticədə hər iki ev dağılıb.