• 26 Aprel 2024
logo
Nazir: “Azərbaycan hərbçiləri Ermənistan hərbçilərindən fərqli olaraq mülki obyektləri hədəfə almır”

Nazir: “Azərbaycan hərbçiləri Ermənistan hərbçilərindən fərqli olaraq mülki obyektləri hədəfə almır”

“Azərbaycan hərbçiləri Ermənistan hərbçilərindən fərqli olaraq mülki obyektləri hədəfə almır”.

Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, dünən qarşı tərəfdəki mülki insanlara müraciət edilib və onlara hərbi obyektlərdən kənarda olmaları tövsiyə edilib: “Digər ölkələrdəki həmkarlarımla, beynəlxalq təşkilatların təmsilçiləri ilə danışanda görürük ki, münaqişə ilə bağlı bəzi faktlar yaddan çıxır. Bu ondan ibarətdir ki, bütün bu təxribatlar, əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazisində baş verir. Biz beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən eyni çəkili, balanslı müraciət ötürülməsini, mesaj verilməsini ədalətli saymırıq. Ötən dövrdə belə balanslı müraciətlər effekt vermədi, işğalçı təxribatlarını davam etdirir”.