• 25 Aprel 2024
logo
Nazir: “Ermənistanın dünəndən həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həlak olub, 19-u yaralanıb”

Nazir: “Ermənistanın dünəndən həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həlak olub, 19-u yaralanıb”

“Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və 7 rayonun ətrafında Azərbaycanın yaşayış məntəqələri yerləşir. Ermənistan işğal etdiyi həmin rayonlardan davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.

Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Ermənistanın dünəndən həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumata görə, 19 nəfər yaralanıb”.