• 19 Aprel 2024
logo
Hikmət Hacıyev: “Ermənistanın hərbi doktrinasında və Təhlükəsizlik Konsepsiyasında yeni ərazilərin işğalı nəzərdə tutulur”

Hikmət Hacıyev: “Ermənistanın hərbi doktrinasında və Təhlükəsizlik Konsepsiyasında yeni ərazilərin işğalı nəzərdə tutulur”

“Ermənistanın hərbi doktrinasında və Təhlükəsizlik Konsepsiyasında yeni ərazilərin işğalı nəzərdə tutulur”.

Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan Ordusu öz ərazimizdə müdafiə xarakterli əməliyyatlar keçirir: “Məqsəd mülki əhalini qorumaq, işğalçını sülhə məcbur etməkdir. Ermənistanın indiyə qədər apardığı siyasətdə məqsəd danışıqlar prosesini məhv etmək idi və buna nail oldu. Ermənistan işğal olunmuş ərazilərdən çıxmamaq üçün hərbi, siyasi təxribatlara yol verir. Bu, Azərbaycana qarşı növbəti təcavüz cəhdi, Azərbaycanı güclə hədələməkdir”.