• 27 Aprel 2024
logo
Ermənilər itkilərini etiraf etməyə başlayıblar: "Onlarla əsgər öldü, onlarla yaralı var”

Ermənilər itkilərini etiraf etməyə başlayıblar: "Onlarla əsgər öldü, onlarla yaralı var”

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan itkilərini etiraf etməyə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A.Arutyunyan bu barədə brifinqdə deyib. “Onlarla əsgər öldü, onlarla yaralı var”, - deyə A.Arutyunyan bildirib. O, ermənilərin itkiləri ilə yanaşı Azərbaycanın bəzi ərazilərini işğaldan azad etdiyini də qeyd edib. "Əsasən Talış kəndi və Dağlıq Qarabağın cənub istiqamətində itirilmiş mövqelər var", - deyə Arutyunyan qeyd edib.