• 26 Aprel 2024
logo
Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı

Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı

Polşa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlığını ifadə edərək, Azərbaycan və Ermənistanı bu münaqişəni sülh və diplomatik yolla həll etməyə çağırıb.

Bu barədə Polşa XİN-nin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Polşa XİN Dağlıq Qarabağ bölgəsindəki hərbi toqquşmalarla bağlı məlumatlardan çox narahatdır. Döyüşlərə son qoyulması, gərginliyin azaldılması və xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının bərpasına çağırırıq".
Polşa xarici işlər naziri Zbiqnev Raunun sözlərinə görə, Ermənistan və Azərbaycan üçün yeganə mümkün həll yolu atəşkəs, gərginliyin azaldılması və danışıqlardır.