• 26 Aprel 2024
logo
Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"

Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"

Xəbər verdiyimiz kimi, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Dərhal Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülüb və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Ordumuzun əməliyyatları xalqımızı qələbə əhval ruhiyyəsinə kökləyib.

Trend gündəmi nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təqdim etdiyi "Paşam Hey" və DSX-nın Yaradıcılıq Mərkəzinin "Atəş" kompozisiyalarını sizlərə təqdim edir.

Qeyd edək ki, bu kompozisiya şəhid general Polad Həşimovun xatirəsinə həsr olunub.