• 24 Aprel 2024
logo
Almaniya XİN rəhbəri Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqlara çağırıb

Almaniya XİN rəhbəri Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqlara çağırıb

Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalıdır, Dağlıq Qarabağ ətrafında böhran yalnız diplomatik yolla həll oluna bilər.

Bunu Almaniyanın Xarici işlər naziri Hayko Maas deyib.

O, münaqişə tərəflərini hərbi əməliyyatları, xüsusilə də şəhər və kəndlərə atəşi dayandırmağa çağırıb:
"Tərəflər zorakılıq üsullarından imtina edib, substantiv danışıqları bərpa etməlidir".