• 26 Aprel 2024
logo
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb

Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Ukrayna XİN-in Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən narahatlığı ifadə olunur.

Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırıb.

Ukrayna XİN həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.