• 16 Aprel 2024
logo
Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram

Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram

Azərbaycana qarşı hücumlarının yenisini əlavə edən Ermənistan bir daha sübut etdi ki sülh və sabitliyin önündə ən böyük əngəldir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə Azərbaycanlı qardaşlarının yanındadır:

"Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırırıam".