• 2 İyul 2025
logo
Əbdülhəmid Gül: Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

Əbdülhəmid Gül: Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır.

Bu ifadələri Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir paylaşımında bildirib: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayırıq. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır”