• 26 Oktyabr 2020
logo
Litva və Latviya XİN rəhbərləri Ermənistanın Qarabağda irimiqyaslı təxribatı ilə əlaqədar narahatlıqlarını ifadə edib

Litva və Latviya XİN rəhbərləri Ermənistanın Qarabağda irimiqyaslı təxribatı ilə əlaqədar narahatlıqlarını ifadə edib

Litva və Latviyanın Xarici işlər nazirləri Linas Linkyaviçyus və Edqars Rinkeviçs Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar narahatlıqlarını ifadə edib.

Bu barədə nazirlər öz "Twitter" səhifələrində yazıb.

Litvalı nazir iki ölkə həyəcanlı hadisələri diqqətlə izlədiklərini yazıb: "Mən qətiyyətlə gərginliyin azaldılmasına çağırıram. Sülh yolu yeganə mümükn həll yoludur".

Latviya Xarici işlər naziri də Dağlıq Qarabağda qoşunların təmas xəttində həyəcan doğuran hadisələrin baş verdiyini vurğulayıb: "Mən Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa və mövcud vəziyyəti siyasi dialoq yolu ilə tənzimləməyə çağırıram".