• 30 Oktyabr 2020
logo
Ağ saqqalından utanmayan Əfqan Muxtarlı...

Ağ saqqalından utanmayan Əfqan Muxtarlı...

Niyaməddin Orduxanlı: "Səndən soruşuram, Qüdrət bəy harada Ananın oğurlanmasını təklif edib?"

Əfqan Muxtarlı adlı "düzlük və dürüstlük" uğrunda mübarizə apardığını elan edib Avropada sığınacaq almaq üçün hər cür şər-böhtan söyləyən və arzusuna çatan birisinin "Youtube" kanalındakı çıxışı ilə tanış oldum. Bildirir ki, guya deputatlardan biri Paşinyanın arvadını oğurlamaq lazım olduğunu deyib. Hətta adının çəkilməsinə belə layiq olmayan, həyat yoldaşlarına görə azərbaycanlı qadınlar haqqında efirdən hər cür ləyaqətsiz sözlər danışan başqa birisi Paşinyanın arvadı Anna Akopyanın müdafiəsinə qalxır və deyir ki, onu əsir götürmək azərbaycan kişisinə yaraşmaz.
Bu sözləri BayMedia-ya açıqlamasında Niyameddin Orduxanlı bildirib.
Niyaməddin Orduxanlı daha sonra deyib: "Qüdrət bəyin dediklərini vasitəsiz nitq kimi təqdim edirəm: "Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər." Qüdrət bəyin Anna Akopyanla bağlı dedikləri bundan ibarətdir. Bunu həm də ona görə deyib ki, müqayisəli şəkildə ermənilər və bizim ermənipərəstlər onu az qala öz xalqının qəhrəmanı kimi təqdim edirdilər. Qüdrət bəy də deyib ki, müharibə başlasın arxasına baxaq.
İndi mən ləyaqət hissini itirmiş, ağ saqqalından utanmayan Əfqan Muxtarlıdan soruşuram, Qüdrət bəy harda Annanın oğurlanmasını təklif edib? Əgər Anna əli silahlı, hərbi formada Qarabağa gəlib, orda atış təlimi keçə, qadınları Azərbaycan əsgərləri ilə vuruşacaq könüllü orduya cəlb edə bilərsə niyə bloqqer Lapşini bizim icazəmiz olmadan Qarabağa gəldiyi üçün həbsə atmışdıq.Yoxsa artıq barışmısınız ki, onlar icazəsiz Qarabağa gəlib gedə bilər.
Dünən Azərbaycan Respublikasının Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tolvo Klaari ilə görüşündə ermənilərin könüllü qoşunu ilə bağlı bəyan etdi ki, "on minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var-Azərbaycana hücum etmək.Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları cəlb edirlər".
Belə olduğu halda bizim əsgərlər nə etməlidir? Deməlidirlər ki, bizi güllələyin, torpaqlarımızı işğal edin ikinci, üçüncü Xocalı qətliamı törədin, Azərbaycan qadınlarını Xocalıdakı kimi alçaldın, daha bir milyon insanı ev-eşiyindən didərgin salın, amma biz kişiyik və qadınla vuruşmayacağıq. Budur sizlərin məntiqi? Qüdrət bəy deyib ki, müharibə başlayacağı halda biz onu əsir götürməliyik. Deməyib ki, biz onu oğurlamalıyıq, təhqir etməliyik, şəxsi ləyaqətini alçaltmalıyıq. Bu boyda həyasızlıq olmaz axı!
Əgər ordumuz Annanı əsir götürə bilsəydi, onunla necə davranılmasını hökumət müəyyən edəcəkdi... Bizim mövqeyimiz ondan ibarətdir ki, o hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmalı, ən azı 6 ildir girovluqdan azad edə bilmədiyimiz Dilqəm Əsgərova və Şahbaz Quliyevə dəyişdirilməlidir. Sizlərin mövqeyi nədir?!*