• 29 Oktyabr 2020
logo
Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edir

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir. Baymedia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir. Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.