• 20 Oktyabr 2020
logo
Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”

Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”

“Görüşümüzdə “Keşikçidağ” haqqında da müzakirə apardıq. Təəssüf ki, keçən il bir sıra insident oldu, amma vəziyyət sonradan müsbətə doğru dəyişdi”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, ziyarətçilər artıq “Keşikçidağ”a gedib gəlirlər.

Nazir dövlət sərhədinin delimatasiyası ilə məşğul olan komissiyanın üzvlərinin yeniləndiyini, ekspertlərin yeni qərarlarının qəbul edildiyini diqqətə çatdırıb: “Artıq tanış olmaları üçün Azərbaycan tərəfinə bu sənədləri çatdırmışıq. Bu prosesin yeni baxışla idarə edilməsi üçün əlimizdən gələni edirik. Onu da qeyd edim ki, 2006-2007-ci illərdə razılıq əldə etdiyimiz bəzi qərarları dəyişə bilərik”.