• 27 Oktyabr 2020
logo
Zalkaliani: “BMT BA-nın iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

Zalkaliani: “BMT BA-nın iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənilir. Həmçinin son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.