• 19 Aprel 2024
logo
Ehtiyatda olanların təlim toplanışı ruh yüksəkliyilə qarşılanıb

Ehtiyatda olanların təlim toplanışı ruh yüksəkliyilə qarşılanıb

İctimaiyyət nümayəndələri səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin bununla bağlı fəaliyyətini müsbət qiymətləndirirlər

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bununla əlaqədar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir. Təlimlərin keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbçilərin müasir silah-sursatla tanış olması, peşə hazırlıqlarının hər zaman yüksək səviyyədə saxlanılmasıdır.
Sözügedən təlim-toplanışlara ictimaiyyət, o cümlədən, ziyallar, media cameəsi və ictimai fəallar tərəfindən ciddi maraq göstərilir. "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu günlərdə keçirilən təlim toplanışını bütövlükdə cəmiyyətin böyük maraq və ruh yüksəkliyilə qarşıladığını və bunun diqqətəlayiq hal olduğunu bildirib.

R.Məcidin fikrincə, bu kimi tədbirlər ordumuzun ehtiyatdakı qüvvələr hesabına daha da gücləndirilməsinə, zəruri məqamda Azərbaycan xalqının Silahlı Qüvvələrimizlə vəhdət halında çıxış edə bilməsinə əlavə imkanlar yaradır: "Torpaqlarının bir qismi işğal altında olan, hələ də təcavüzkar erməni silahlı dəstələrinin gündəlik təxribatlarına məruz qalan ölkəmiz üçün bu cür toplanış və təlimlərin xeyli vacib olduğunu düşünürəm. Prosesi izlədikcə əyani şahid oluruq ki, ordumuz son dərəcə güclü və intizamlı, yüksək döyüş hazırlığına malik hərbi qüvvəyə çevrilib. Bu yöndə dövlət və ordu rəhbərliyinin xüsusi rolu olduğu kimi, toplanış və təlimlərin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də birbaşa qaydada mühüm işlər görür. Belə geniş miqyasda toplanış və təlimlərin nizamlı, effektiv qaydada həyata keçirilməsi Səfərbərlik Xidmətinin öz işlərinin öhdəsindən yüksək bacarıqla gəldiyini göstərir".

Siyasi ekspert Elçin Mirzəbəylinin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması müharibə şəraitində olan Azərbaycan üçün tamamilə aktual məsələdir: "Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılmasını olduqca müsbət qiymətləndirirəm. Bu hadisələrə normal baxmalıyıq. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu cür təlimlərin keçirilməsi qeyri-adi hal kimi qarşılanmamalı, ajiotaja səbəb olmamalıdır. Görürük ki, təcavüzkar Ermənistan arxasındakı bəzi güclərin dəstəyi ilə müntəzəm olaraq cəbhə və sərhəd xəttində təxribatlarını davam etdirir. Hazırda xalqımızda, Azərbaycan ictimaiyyətində düşmənə qarşı yüksək mübarizə ruhu, qələbə əzmi var. Ona görə də yüzlərlə, minlərlə insanımız səfərbərliyə hazır olduğunu, işğalçıya qarşı fəal mübarizə üçün əmr gözlədiyini inamla dilə gətirir. Bu niyyətlə müvafiq dövlət qurumuna, konkret desək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər. Sözgedən Xidmətin də bununla bağlı üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyinin şahidiyik. Bu günlərdə keçirilən toplanışların intizamla və səmərəli təşkili hər birimizi sevindirir, qələbəyə inam hissimizi daha da gücləndirir"