• 27 Oktyabr 2020
logo
“Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

“Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

“Cənab Prezident İlham Əliyevin son çıxışında Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq” bəyantı və torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacağı fikiri , həmçinin də Müdafiə nazirliyinin ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri ölkəmizə qarşı fəaliyyətdə olan “beşinci kalon”nun ciddi narahatçılığına səbəb olub.”- bu fikirləri “Xalq Cəbhəsi.az saytına BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, 2 gündür həmin “beşinci kalon”un nümayəndələri olan Sevinc Osmanqızı, “Meydan TV” və digərləri açıq şəkildə dövlətimizə qarşı kampaniya aparırlar:” Bilirsiniz ki, Sevinc Osmanqızı ABŞ-da yaşayır və onun ABŞ-da olan güclü erməni diasporası ilə əlaqələri mövcuddur. Nədən bunlar narahatcılıq keçirdirlər? Hər cür yalan, saxta məlumatlar yayırlar. 2 gündür on minlərlə gənclərimizi, yalnız xüsusi ixtisaslı hərbiciləri təlimlərə cəlb ediblər. Buna görə sizlər niyə narahat olursunuz ki?! Kimin əmisiuşaqlarısınız?! Ermənilərin narahatçılığını başa düşürük. “Meydan TV” durmadan dezinformasiya yayır ki, guya Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Nərmimanov idarəsində bir ailənin iki üzvünü, oğulu və gəlini təlimlərə cəlb ediblər və uşaqlar başsız qalıb. Bu qədər yalanı necə yaymaq olar? Müdafiə Nazirliyi heç bir xanımı təlimlərə cəlb etməyib. Heç bir rayonda belə hal mövcud deyil. Açıq şəkildə bunlar utanmadan birbaşa erməni milli maraqlarına xidmət edirlər və bunu gizlətmirlər də.”

Niyaməddin Orduxanlının bildirdiyinə görə, 30 ildir torpaqlarımız işğal altındadır və 20% ərazimiz erməni vəhşilərinin tapdağındadır. Xalqımız işğalla barışmaq istəmirvə bu, birmənalı belədir:” 14 iyul hadisələri göstərdi ki, yüz minlərlə, milyonlara vətəndaşımız küçələrə axışıb Ali Baş Komandan İlham Əliyevdən müharibə əmrinin verməsini xahiş etdi. Silaha sarılıb Qarabağ üçün, vətənimiz üçün, ərazi bütövlüyümüz üçün canında keçməyə hazır olduğunu bəyan etdi. Bunu bütün dünya gördü. İndi Prezidentin iradəsi ilə Azərbaycan Respublikasının Qanununa əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasını həyata keçirir və bununla bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir. Bunun nəyi pisdir? İndi də buna qarşı səfeh və axmaq adamlar anti-təblığat aparırlar...Bunlar kimin əmisiuğalarıdır, ayının yoxa bizim?!
Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür və qarşısında duran vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır. Amma biz xalq olaraq orduya çevrilməliyik! Hamızı Vətən üçün çalışmalıyıq! Hamımız ƏSGƏR olmalıyıq! Bu gün tək səngərdə deyil, informasiya məkanında da erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq! Bəzən özünü bizdən hesab etməyənlər Azərbaycan xalqının və dövlətinin haq işinin üzərinə kölgə salmağa çalışır, təslimçi mesajlar verir, düşmənin informasiya siyasətinə bilərəkdən, yaxud bilməyərəkdən dəstək olurlar. Azərbaycan xalqı dövlətinin, ordusunun yanındadır və öz torpaqlarını işğaldan azad edənədək mücadilə aparmaq əzmindədir! Bizim haq işimizə, ədalətli mübarizəmizə qarşı çıxanlar isə bizdən deyillər! Bədbəxtdilər! Bütün bunlara son qoymalıdırlar! Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqaməıtində atılan addımlara qarşı çıxan, informasiya məkanında mövqelərimizi zəiflətməyə çalışan kim varsa düşmənimizdir. Bu gün Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir! Ancaq bu adamlar unutmasınlar: Biz gec ya tez onsuz da torpaqlarımızı işğaldan AZAD EDƏCƏYİK VƏ BİZ BİRLİKDƏ GÜCLÜYÜK!!!