• 28 Mart 2024
logo
Qazaxıstanlı politoloq: Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür

Qazaxıstanlı politoloq: Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür

Mədəniyyətlərarası dialoq üzrə ümumdünua forumu və ümumilikdə Bakı prosesi multikultural təcrübə və tarixi irslə zəngin olan Qafqaz üçün vacib təşəbbüsdür.

Bunu Trend-ə qazaxıstanlı politoloq Eduard Poletayev deyib.

O bildirib ki, dövlətlərarası mədəni əlaqələr anlaşmazlıq və çətinliklərin aradan qaldırmağa kömək edir:

“Mədəni inkişaf sahəsində xüsusi rol Azərbaycan və Qazaxıstana məxsusdur. Bu ölkələr Avropa və Asiyanın kəsişməsində yerləşir, mədəniyyətlərin çoxşaxəliliyi onların güclü tərəfidir. Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu və ümumilikdə Bakı prosesi multikultural təcrübə və tarixi irslə zəngin olan Qafqaz üçün vacib təşəbbüsdür”.

E.Poletayevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, müxtəlif beynəlxalq tədbirlərin təşkili, eləcə də onların yüksək səviyyəsi ilə məşhurlaşıb:

“Ona görə də BMT səviyyəsində tanınan forum uzunmüddətli layihə kimi qəbul olunub və Azərbaycanın regional və beynəlxalq səviyyədə “yumşaq güc”ünü effektiv şəkildə nümayiş etdirir. Bu gün əminliklə mədəniyyəti beynəlxalq münasibətlər sisteminin əsaslandığı sütun adlandırmaq olar. Dövlətin obrazı, onun nüfuzu əsasən mədəni sərvəti, digər ölkələrlə mədəni əlaqələrin intensivliyi əsasında formalaşır. Ona görə də beynəlxalq münasibətlərdə mədəniyyətin təsirinin artması rəsmi sənədlərdə istifadə olunan “xarici mədəni siyasət” anlayışının yaranmasına gətirib çıxarıb”.