• 19 Aprel 2024
logo
Baş nazir BMT-yə müraciət edib - Mətn

Baş nazir BMT-yə müraciət edib - Mətn

Baş nazir Modinin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə müraciət edib.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Baymedia.az-a verilən daxil olan müraciətdə deyilir:

Zati-aliləri, Baş Məclisin sədri cənab Volkan Bozkir, Zati-aliləri, xanımlar və cənablar, salam!

Yetmiş beş il əvvəl müharibənin yaratdığı dəhşətlərindən yeni bir ümid yarandı. Bəşər tarixində ilk dəfə bütün dünya üçün bir qurum yaradıldı. BMT Nizamnaməsinin qurucusu olaraq Hindistan bu ali görüşün bir hissəsi idi. O, bütün yaradılışı bir ailə kimi görən Hindistanın ‘VasPMudhaiva Kutumbakam’ fəlsəfəsini özündə əks etdirirdi.

Bu gün dünyamız Birləşmiş Millətlər Təşkilatı sayəsində daha yaxşı bir yerdir. Hindistanın mühüm töhfə verdiyi BMT-nin sülhməramlı nümayəndəlikləri daxil olmaqla, BMT bayrağı altında sülh və inkişaf yolunda irəliləyən hərkəsə hörmət və ehtiramımızı bildiririk.

Biz bir çox uğura nail olsaq belə, əsas missiya yerinə yetirilməmiş qalır. Bu gün qəbul etdiyimiz geniş və əhatəli bəyannamə münaqişələrin qarşısının alınmasında inkişafın təmin edilməsi, iqlim dəyişikliyinə həll yolunun tapılması, bərabərsizliklərin azaldılması və rəqəmsal texnologiyalardan yararlanma kimi bir sıra işlərin görülməsinin hələ də lazım olduğunu qəbul edir. Bəyannamə həmçinin Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması zərurətini qəbul edilir.

Bugün biz problemlərlə köhnəlmiş strukturlar vasitəsilə mübarizə apara bilmərik. Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. Bugün bir-birilə əlaqəli dünya üçün günümüzün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərin fikrini ifadə edən, çağdaş probləmlərə ünvanlanan və insanların rifahının diqqət mərkəzində olduğu üzərində islahatlar aparılmış çoxtərəfliliyə ehtiyacımız var.

Bu məqsədlə Hindistan bütün digər ölkələrlə birgə işləməyə ümid edir.

Təşəkkür edirəm.