• 23 Oktyabr 2020
logo
BƏƏ və İsrailin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri görüşüb

BƏƏ və İsrailin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri görüşüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdulla əl-Şəms və İsrailin Azərbaycandakı səfiri Corc Dik görüşüb.

APA-nın xəbərinə görə, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

Görüşdə BƏƏ ilə İsrail arasında ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, BƏƏ və İsrail arasında əlaqələrin normallaşdırılması ilə bağlı bu yaxınlarda Vaşinqtonda müqavilə imzalanıb.