• 29 Mart 2024
logo
Erməni faşizmi və Paşinyan nümunəsi

Erməni faşizmi və Paşinyan nümunəsi

Keçən əsrin əvvəllərində Azərbaycanın altına daha bir partlayıcı maddə qoyuldu. Bu Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtar vilayətin yaradılması faktı idi.

1828- ci ildən sonra Rusiya tərəfindən ermənilərin bizim tarixi torpaqlarımızda yerləşdirilməsi elə ilkin vaxtlarda azərbaycanlılara qarşı təzyiq olunması ilə müşayət olundu. İlk Azərbaycan köçü həmin illərdən başladı.

1918- ci ilədək İrəvandan şimal, şimali - qərb hissədə xeyli ərazidə təxminən 9 min kvadrat kilometr yurd yerlərimizdə azərbaycanlıların sixışdırılaraq çıxarılması hesabına ermənilər çoxluq təşkil etdilər. Həmin ərazidə Cənubi Qafqazda ilk erməni respublikası yaradıldı. Rusiya Qafqaz siyasətinin önəmli hissəsinə qədəm qoyurdu. Belə ki, Rusiya üçün vacib addımlardan olan erməni dövlətinin əsası qoyulmuş, bünövrə atılmışdı. Bu bünövrə üzərində işlərın davam etdirilməsi növbəti addımlarla həyata keçiriləcəkdi...

SSRİ təşkil olunandan sonra bünövrəsi 9 min kv.km olan erməni dövlətinin torpaqlarımız hesabına genişləndirilməsi prosesinə start verildi... Maraqlıdır ki, çar Rusiyası dövründə təməli qoyulan erməni məsələsinə həm SSRİ və həm də indiki Rusiya tərəfindən eyni münasibət göstərilmişdi.

SSRİ yaranandan sonra

İrəvan və ətraf bölgələr , Göyçə, Dərələyəz, Zəngəzur mahalları və ayrı- ayrı bılgələrdə xeyli torpaqlarımız ermənilərə hədiyyə verildi. Yenə də Azərbaycan xalqını hesaba almayaraq onun maraqlarının əleyhinə olaraq torpaqları hərraca çıxarıldı. SSRİ dövlətinin başında dayanan ermənipərəst rəhbərlər iyirmi min kv.km -ə yaxın torpağımızı ermənilərə hədiyyə etdilər. Bu 1918- ci ildə yaradılan erməni dövlətinin ərazisindən təxminən üç dəfə böyük idi. Bununla yanaşı gec partlayan minanı da Azərbaycan torpaqlarında yerləşdirdirməyi yaddan çıxarmadılar. Bu Qarabağımızın dilbər guşəsində Ermənistana yaxın ərazidə DQMV yaradılması idi...

Mixail Qorbaçov hakimiyyətə gələndən sonra ortaya atdığı ideyalar ilk növbədə millətlər arası münasibətləri zədələdi. SSRİ-nin müxtəlif yerlərində millətlər arasında münaqişələr alovlanmağa başladı. Hadisələrin miqyasının böyüməsinin qarşısını almaq əvəzinə Qorbaçov ən yaxşı halda bərabər işarəsi qoyan fikirlər səsləndirdi və bununla da vəziyyəti daha da pisləşdirdi.

SSRİ- min çökməsində maraqlı olan dövlətlər Qorbaçovu demokrat licimində təqdim etməyə, onu guya böyük demokrat kimi qəbul etdiklərini bəyan etdilər. Beləliklə də Qorbaçovun əl qolunu demokratiya kəndiri ilə bağlayıb kəndirin bir hissəsini onun boğazına salıb rahatca idarə etməyə başladılar. Ölkə idarə olunmaz hala gəldi və anarxiya hər addım başı həyatımıza hakim kəsildi...

Ermənilərin komandası Fransada Aqsnbekyan tərəfindən verildi. Aqanbekyan "hümanite" dərgisinə müsahibəsində Dağlıq Qarabağ iqtisadi baxımdan Ermənistana daha yaxındır fikrini söyləməklə əslində başlamağın zamanı yetişdiyini bildirirdi...

Qeyd edim ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin yüksək postlardan məcburi istefasından sonra Aqanbekyan bu təxribatçı çıxışını etmişdi...

Bu müsahibədən az sonra "miatsum" şüarı ilə Dağlıq Qarabağın erməni əhalisi küçələrə tökülmüşdülər.

Əsrin əvvəlində yaradılan DQMV minası partlamaqda idi...

Azərbaycanın maymaq rəhbərliyinin movqesizliyi erməniləri daha da azğınlaşdırırdı...

Ermənilərin vəhşiliyi sərhəd tanımırdı. Nəhayət Azərbaycan xalqı mövqe ortaya qoyduqda SSRİ rəhbərliyi müxtəlif üsul idarələr yaratmaqla erməni əhalini qoruyur, azərbaycanlılara qarşı təzyiq olunurdu. Volski üsul - idarəsini, Polyaniçko özbaşınalığinı buna misal çəkmək olar.

Bu üsul idarələrin məqsədi erməniləri qoruyaraq gücləndirmək, azərbaycanlıları əzməklə zəiflətmək idi. Buna da SSRİ rəhbərliyi əsasən nail olmuşdu...

SSRİ dağılan ərəfədə növbəti mina Azərbaycan torpaqlarında basdırıldı. Ermənistan Ali Soveti tərəfindən DQMV- in Ermənistana birləşdirilməsi kimi sərsəm qərar qəbul edildi. Daha sonra

" DQR " yaradıldı. Bir qədər sonra sərsəm erməni zehniyyəti bunlara aidiyyatı olmayan tponim kimi Artsaxı özununküləşdirib yeni yaratdıqları "respublikanın" adını

"Artsax respublikası" qoydular...

1988- 1993- cü illərdə dünya erməniliyi terrorist təşkilatları da cəlb etməklə Rusiyanın köməkliyi ilə Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlılara qarşı soyqırımla müşayət olunan etnik təmizləmə həyata keçirdilər.

Ən qəddar erməni- rus əməli Xocalı şəhərində özünü göstərdi, şəhər əhalisi məhv edildi, soyqırıma məruz qaldı...

Erməni faşizmi bu gün də öz aktivliyi ilə gündəmdədir.

Zəbt olunmuş torpaqlarımızda Livandan, Suriyadan haylar koçurulərək məskunlaşdırılır. Sual olunur, bu insanlar dinc əhalidirmi? Qətiyyətlə deyə bilərik ki, yox. Bu təbliğat işğal bölgəsində yerləşdirilən erməni terrorçularının pərdələnməsinə xidmət edir...

Ermənistan dövlətinin mahiyyətində terrorizm ruhu həmişə olub və bu gün də bu ruha sadiq Ermənistanin baş naziri Nikol Paşinyandır. Paşinysnın Dağlıq Qarabağdakı şəngilikləri, dığasının burada xidmət keçməsini qabartmasını , həyat yoldaşının silahla özünü meymunluğa qoymasını hara yozmaq olar, bu qeyri- ciddi ailəyə nə ad vermək olar ki...

Erməni təxribatlarının mahiyyəti barədə çox yazılıb, ćox deyilib. İyul ayında Tovuz rayonu ərazisində namərd erməni təxribatı ilə rastlaşdıq...

Biz təxribatlara cavab vermək təcrübəsi qazanmışıq. Növbəti addımımız Ermənistan ərazisində görəcəyimiz işlər barədə düşünmək olmalıdır.

Ermənilər bizim torpaqlarımızdadır.

Bu məntiqlə biz harda olmalıyıq?

Biz də qədim torpaqlarımız olan indiki Ermənistanda olmalıyıq.

Cənab prezidentimiz də elə buna işarə verdi. Beynəlxalq hüquqa ermənilər necə "hörmət" qoyursa, biz də o cür hörmət qoymalıyıq?

Mirfaiq Mirheydərli

Qərbi Azərbaycan İcması sədrinin ideoloji məsələlər üzrə müavini,

138 nömrəli tam orta məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru