• 26 Aprel 2024
logo
Bələdiyyələrin EKTİS-dən istifadəyə dair hüquqları müəyyənləşib

Bələdiyyələrin EKTİS-dən istifadəyə dair hüquqları müəyyənləşib

“Elektron kənd təsərrüfatı” informasiya sistemindən (EKTİS) istifadəyə dair yerli özünüidarəetmə orqanının hüquqları müəyyənləşib.

Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yerli özünüidarəetmə orqanı EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.