• 20 Aprel 2024
logo
Ceyhun Bayramov Gürcüstana səfər edəcək

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfər sentyabrın 24-də baş tutacaq.

Səfər çərçivəsində C. Bayramov Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.