• 24 Oktyabr 2020
logo
İcma sədri: “Ermənistan parlamentinin “soyqırımı” ilə bağlı qanun layihəsi dünya ictimaiyyətini çaşdırmağa yönəlib”

İcma sədri: “Ermənistan parlamentinin “soyqırımı” ilə bağlı qanun layihəsi dünya ictimaiyyətini çaşdırmağa yönəlib”

“Ermənistan parlamentinin “soyqırımı məsələləri haqqında” qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib”.

Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında 1988-ci il 18 sentyabr tarixində Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında icma sədri, deputat Tural Gəncəliyev deyib.

İcma sədri hesab edir ki, Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün belə aldadıcı və fikir yayındırıcı addımlar atır: “Bu qanun layihəsi ilə də Ermənistan parlamenti qondarma "soyqırımı" məsələlərini tez-tez gündəmə gətirir. Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür”.

T. Gəncəliyev qeyd edib ki, Köçəryan, Sarkisyan bilavasitə Xocalıda soyqırımı törətmiş, əlləri qana batmış şəxslərdir: “Qanun layihəsi qəbul etmək əvəzinə Ermənistan parlamenti Sarkisyan və Köçəryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər ki, bu zaman səmimi görünsünlər. Yoxsa soyqırımından danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür”.