• 18 Aprel 2024
logo
Qənirə Paşayeva: "Kinematoqrafiya sahəsində problemlər mövcuddur"

Qənirə Paşayeva: "Kinematoqrafiya sahəsində problemlər mövcuddur"

Milli Məclisin Mədəniyyət komitəsində “Kinematoqrafiya haqqında” qanun layihəsinin üzərində çalışmaq üçün İşçi Qrup yaradılacaq.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva deyib. O bildirib ki, bu sahədə problemlər mövcuddur: ” Mədəniyyət Nazirliyinin hazırlanacaq yeni strategiyasında da bu sahəyə yer veriləcək. Yaradılan işçi qrup vasitəsilə bu qanun layihəsi daha da təkmilləşdiriləcək və payız sessiyası çərçivəsində qəbul ediləcək”.