• 26 Aprel 2024
logo
Valentina Matviyenko və Sahibə Qafarova sentyabrın 22-də Moskvada görüşəcəklər

Valentina Matviyenko və Sahibə Qafarova sentyabrın 22-də Moskvada görüşəcəklər

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək. Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.